SUPERMAN
Salam Aleykum.Bu gün mən oxuculara DC COMİCS-in ən yaxşı super qəhrəmanı olan supermendən bəhs edəcəm:
Supermen (ing. Superman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəmandır. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri Siql və Co Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və video oyunlarda istifadə edilmişdir. Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur. Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı” və “Kriptonun son övladı” epitetləri ilə tanınır.
Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə doğulmuş, planetin dağıdılmasından bir neçə dəqiqə əvvəl alim olan atası Jor-El tərəfindən Yer kürəsinə göndərilmişdir. Kanzasdan olan fermer cütlük tərəfindən tapılan və övladlığa götürülən Kal-El, Klark Kent adı ilə, ciddi mənəvi kompas xarakteri ilə böyüdülür. Uşaq vaxtlarından o, super insan qabiliyyətləri nümayiş etdirmiş, böyüdükdən sonra isə bu qabiliyyətləri insanlığın gələcəyi üçün istifadə etmiş və buna görə də Supermen (azərb. Super adam) kimi tanınmışdır.
Supermen uydurma ABŞ şəhəri olan Metropolda yaşayır və fəaliyyət göstərir. Klark Kent olaraq o, Metropolun yerli qəzeti olan “Daily Planet”də müxbir kimi fəaliyyət göstərir. Supermenin sevgilisi Luis Leyn, əsas düşməni isə Leks Lüterdir. O, Betmen və Ecazkar qadınla birlikdə fəaliyyət göstərir və Ədalət Liqasının üzvü kimi təqdim edilir. DC Kainatına aid olan digər personajlar kimi, Supermen də illər ərzində formalaşmış bir neçə alternativ versiyaya malikdir.
Supermen onu digər insanlardan fərqləndirən xüsusi ikonik kostyuma malikdir; o adətən sinəsində sarı qırmızı emblemi olan mavi kostyum geyinir və qırmızı örtük taxır. Onun sinəsindəki loqo sarı qalxan üzərində yerləşdirilmiş S hərfindən ibarətdir. Bu qalxan simvolu digər mediada personajın simvolu kimi istifadə edilir. Supermen Amerikan mədəniyyətinin əsas simvollarından biridir. Personajın ABŞ və dünya mədəniyyətinə təsiri alimlər, mədəniyyət nəzəriyyəçiləri və tənqidçilər tərəfindən geniş tədqiq edilmişdir. Personajın müəllif hüquqları tez-tez mübahisə mövzusu olmuş, Siql və Şuster isə müəllif hüquqlarının qaytarılması üçün iki dəfə məhkəməyə müraciət etmişdilər. Personaj, filmlər, teleserialar və video oyunlar da daxil olmaqla bir çox media adaptasiyalarında canlandırılmışdır. Kirk Alin, Corc Rivs, Kristofer Riv, Din Keyn, Tom Uellinq, Brendon Rut, Henri Kavill və Tayler Heklin tərəfindən müxtəlif bədii film və teleseriallarda canlandırılmışdır.
Yaradılması və konpensasiya
1933-cü ilin yanvarında Klivlend ali məktəbinin tələbəsi Cerri Siql “Supermenin hakimiyyəti” adlı qısa hekayə yazır və dostu Co Şuster tərəfindən illüstrasiyalarla bəzədilmiş bu hekayə “Science Fiction” adlı fanat jurnalında dərc edilir. Bu hekayənin əsas qəhrəmanı olan avara, eksperimental narkotikdən istifadə nəticəsində böyük psixoloji güc əldə edəərək həmin gücü gəlir əldə etmək və əyləncə üçün istifadə edir, lakin gücü itirərək yenidən adi avaraya çevrildikdə insanların onu qəddar biri kimi yadda saxlayacağından utanır. Siqlın fanat jurnalı yaxşı satılmır. Buna görə də Siql və Şuster komikslərin yaradılmasına başlayır və işlərini “Popular Comics” adlandırdıqları kitablarda nəşr edirlər. Cütlük peşəkar müəlliflər olmağı arzulayır və hesab edirdi ki, jurnallarla müqayisədə qəzet köşkləri onların işlərinin yayımlanması üçün daha əlverişlidir. Qəzetlərdə sənətin keyfiyyət standartı da aşağı idi ki, bu da onu təcrübəsiz Şuster üçün daha əlçatan edirdi.
1933-1934-cü ildə Siql Supermen adlı yeni personaj yaradır. Bu dəfə personajı daha çox qəhrəman ruhunda kökləyən Siql belə variantın daha gəlirli olacağını düşünür. Masir Supermenin ilk prototipi olan bu Supermen heç bir fantastik qabiliyyətə maik deyildi və adi geyimlərdən istifadə edirdi. Siql və Şuster tez-tez Supermenin bu versiyasını 1936-cı ildə yaratdıqları Slem Bredli adlı personajla müqayisə edirdilər.
Siql öz ideyasını Şusterlə bölüşür və onlar personaj əsasında komiks hazırlamaq qərarına gəlirlər. “Detektiv Den” komiks kitabını oxuduqdan sonra, onların ilk müraciət etdikləri nəşriyyat, Çikaqoda yerləşən “Humor Publishing” olur.“Humor Publishing” təmsilçisinin Klivlendə iş səfəri nəzərə tutulduğundan, onlar təcili olaraq “Supermen” adlı komiks yaradıb təmsilçiyə təqdim edirlər. Nəşriyyat maraq göstərsə də, onlarla bir müqavilə bağlamamış komiks biznesindən uzaqlaşır.
Siql düşünür ki, nəşriyyatların onların işinə maraq göstərməmələrinin səbəbi Şusterin gənc və təcrübəsiz olmasıdır, buna görə də onu başqa bir rəssamla əvəz etmək qərarına gəlir. Siqlın planından xəbəSiql iş birliyi üçün müxtəlif rəssamlara müraciət etsə də, 1934-cü ildə Bak Rocers komiks stripi üzərində çalışan Rassel Kiton onun müraciətinə cavab verir.Kiton tərəfindən Siqlın hekayəsi əsasında çəkilmiş doqquz xəttli komiksdə hadisələr uzaq gələcəkdə baş verir: “böyük kataklizmlər” nəticəsində Supermenin dünyası dağılmaq üzərədir və sonuncu sağ qalmışş insan öz övladını başqa bir dünyaya göndərir ki, bu dünyada da 1935-ci ildə onu Sem və Molli Kent taparaq övladlığa götürür. Uşaq superinsan qabiliyyətləri nümayiş etdirir, gülləkeçirməz dəriyə malikdir. Klark adlandırdıqları uşağı Kent cütlüyü bacarıqlarını xeyir üçün istifadə etməyə öyrədirlər. Lakin, qəzet sindikatları onların işindən imtina etdiyinə görə Kiton layihəni tərk edir.
Bundan sonra barışan Siql və Şuster Supermen layihəsini inkişaf etdirməyə davam edir. Personaj Kripton adlı planetdən göndərilmiş yad planetliyə çevrilir və bizə məlum olan kostyumda təsvir edilir: kip oturan rezin kostyum, qırmızı plaş və sinəsinsə “S” simvolu. Onlar Klark Kenti jurnalist edib iş yoldaşı Luis Leynlə romantik münasibətini formalaşdırırlar. Luis Supermenin də diqqətini çəksə də, Klark Kent və Supermenin eyni adam olmasını bilmir.
1935-ci ildə peşəkar komiks bazarına girən Siql və Şuster Nyu-York şəhərindən olan “National Allied Publications” nəşriyyatı üçün detektiv və macəra hekayələri yazırdılar. “National Allied Publications” nəşriyyatı Supermenlə maraqlansa da, Siql və Şuster personajı sindikatlaşdırılmış komiks stripinə satmaq istəyirdilər, lakin bütün qəzet sindikatları onların təklifini rədd edir. O zaman “McClure Newspaper Syndicate”da yaşayan Maks Geyns onlara işlərini “Detective Comics” şirkətinə (şirkət qısa müddət əvvəl “National Allied” tərəfindən alınmışdı) göstərməyi məsləhət görür.
Siql xatırlayır ki, o zaman personajın bütün müəllif hüquqlarını $130 qiymətə “Detective Comics, Inc.” şirkətinə satmışdılar (hər səhifəyə görə on dollar, inflyasiya nəzərə alınmaqla bu günkü qiymətlə $2,200). Şirkətin siyasəti nəşr etdikləri personaja aid bütün müəllif hüquqlarının alınması idi. Müəlliflər isə, o zaman artıq əmin idilər ki, Supermen heç vaxt uğur qazanmayacaq, bu razılaşma ilə isə, onların personajı heç olmasa işıq üzü görmək şansı qazanırdırdı.
Təsirlər
Siql və Şuster çoxlu elmi-fantastika və macəra jurnalları oxuyur, telepatiya, uzaqgörənlik və qeyri-insani güclərə malik personajlarla maraqlanırdılar. Onlara Edqar Rays Berrouzun “Marslı Con Karter” romanı təsir etmişdi. Bu əsərdə Marsa yerləşdirilən insan aşağı qravitasiyanın təsiri ilə yerlilərdən fərqlənən fiziki xüsusiyyət qazanaraq uzaq məsafəyə tullana bilir. Erkən komikslərdə Supermen də oxşar gücə malik idi. Filip Uaylinin 1930-cu ildə çıxarılmış “Qladiator” adlı romanının protaqonisti olan Hüqo Dannerin oxşar güclərlə təsvir edilmiş Supermen personajının yaradılmasında təsir etməsi iddia edilsə də , Siql bu iddianı rədd etmişdir.
Siql və Şuster həm də kino həvəskarı idilər. Şuster Supermenin ikonik duruşunu təsvir edərkən, “Zorro nişanı” və “Robi Hud” kimi filmlərdə rol almış Duqlas Ferbenksin xarici görünüşünə əsaslanmışdır. Supermenin doğma şəhərinin adı 1927-ci ildə çıxarılmış eyni adlı Almaniya filmindən götürülmüşdür. Komikslərin yaradılmasına Dənizçi Popaya karikaturaları da təsir etmişdir.
Klark Kentin şəxsiyyəti komediant Harold Lloydun şəxsiyyətindən ilhamlanaraq yaradılmışdır. Lloyd eynək geyinən, avaralar tərəfindən istismar edilən, lakin bundan qəzəblənərək onlara qarşı mübarizə aparan mədəni oğlan personajını canlandırırdı. Özü də eynəkdən istifadə edən və özünü “yumşaq xasiyyətli” kimi təsvir edən Şuster, Lloydun personajını münasib hesab edirdi. Siql özü məktəbi bitirdikdən sonra müxbir olmağı arzuladığı üçün, Kenti jurnalist kimi təsvir etmişdir. Luis Leynlə romantik münasibətlər Siqlın qızlarla olan şəxsi təcrübələri əsasında əlavə edilmişdir.
Cütlük gənclik illərindən komiks stripsləri kolleksiya edir, xüsusilə Uinsor MakKeyin fantastik “Balaca Nemo” seriyasını sevirdi.Şuster, onun yaradıcılıq stilinin formalaşmasına təsir etmiş rəssamlardan bəhs edərkən qeyd edir: “Aleks Reymond, Bern Hoqart, Milton Kaniff, Hal Foster və Roy Kreyn mənim ideallarım idilər.”Şuster, topladıqları jurnallardakı karikaturalar və rəsmləri izləyərək çəkməyi öyrənmişdi.
Gənclik illərində Şuster fitness mədəniyyəti ilə maraqlanmış, Ziqmund Braytbart və Cozef Qrinşteyn kimi atletlərin fanatı olmuşdur. O, fitness jurnallarını kolleksiya etmiş və ordakı təsvirləri öz rəsmləri üçün istifadə etmişdir.
Supermenin vizual dizaynı bir neçə təsir nəticəsində formalaşmışdır. Bədənə kip yapışan kostyum və onun üzərindən geyinilən tuman güləşçilər, boksçuların və atletlərin geyimləri əsasında dizayn edilmişdir. Supermenin kəndirli sandalları atletlər və klassik qəhrəmanların ayaq geyimləri əsasında hazırlanmışdı. Sinəsindəki emblem isə idman komandalarının emblemi əsasında dizayn edilmişdir. Əksər populyar qəhrəmanlar plaş və ya arxalıq daşıyırdılar. Supermenin üzü isə Conni Vaysmüllerin simasından götürülmüşdür.
“Supermen” ifadəsi 1920-1930-cu illərdə güclü insanları, atlet və siyasətçiləri ifadə etmək üçün istifadə edilirdi. Bu ifadə bəzən “Doktor Cukun Supermeni” (ing. The Superman of Dr. Jukes) və “Həkim Seveyc” (ing. Doc Savage) kimi komikslərdə də istifadə edilirdi. Fridrix Nitsşenin “Fövqəlinsan”anlayışının Siql və Şusterə təsir etməsi haqqında heç bir məlumat yoxdur və müəlliflər heç vaxt bu haqqda fikir bildirməmişlər.
Uydurma personaj bioqrafiyası
“Action Comics #1”-də (aprel 1938) Supermen yad planetdə, insan texnologiyalarını geridə qoyan texnologiyalara malik bir cəmiyyətdə doğulur. Onların dünyası dağılma fəlakəti ilə üzləşdikdə körpənin atası onu kosmik gəmiyə qoyaraq Yerə göndərir. Erkən qəzet striplərində planetin adı “Kripton”, körpənin adı “Kal-L”, bioloji valideynlərinin adı isə “Jor-L” və “Lora” kimi qeyd edilir. 1942-ci ildə Corc Louter tərəfindən yazılmış spinoff romanında Supermenin valideynlərinin adı “Jor-el” və “Lara” kimi qeyd edilir. Körpəni gətirən gəmi ABŞ-da kənd yerində eniş edir. Burada onu Kent ailəsi övladlığa götürür. Onlar körpəni Klark adlandırır və fermer mühitində böyüdürlər. Orijinal hekayədə Kentlər uşağı körpələr evindən övladlığa götürürlər. 1947-ci ildə efirə verilmişş radio verilişində onların Ayova ştatında adsız yerdə yaşamaları göstərilir. “Superboy #2”-də (iyun 1949) həmin yerin adı Smolvil kimi qeyd edilir. “New Adventures of Superboy #22”-də (oktyabr 1981) həmin yerin Merilenddə olması göstərilir. 1978-ci ildə çıxarılmış Supermen filmində və sonrakı hekayələrdə həmin yerin Kanzasda olması göstərilir.
Kentlər Klarka yad planetdən olmasını gizlətməyi, gücünü isə məqsədə çatmaq üçün istifadə etməyi öyrədirlər. Şəxsi həyatını və yaxınlarını təhlükədən qorumaq üçün Klark kostyumlu şəxsiyyət olan Supermeni yaradır. Klark Kent olaraq o, şəxsiyyətini gizlətmək üçün eynəkdən istifadə edir, adi paltarın altından isə kostyumunu geyinir ki, istədiyi vaxt dəyişə bilsin. Kim olduğunu büruzə verməmək üçün Klark adi həyatda ləng biri kimi görünür, təhlükə yarandıqda isə superqəhrəmana çevrilərək problem həll edir.
Yazıçılar Supermenin gücünü tədricən inkişaf etdirmişlər. Bşlanğıcdan o superinsan gücünə və məğlubedilməz bədənə malik idi. Erkən komikslərdə Supermen qaçaraq və tullanaraq səfər edir. 1940-cı ildən efirə verilən radio serialında Supermen uçmağı da bacarır. “Fleischer Studios” tərəfindən həmin onillikdə istehsal olunmuş cizgi serialında da Supermen uçmağı bacarır, çünki, bunun üçün daha az animasiya kadrı tələb edilirdi və istənilən halda tullanan Supermen animasiyada gülünc görünə bilərdi. Rentgen baxışı “Action Comics #11”-də (aprel 1939), istilik görməsi isə “Superman #59”-da (avqust 1949) əlavə edilmişdir. Erkən komikslərdə Supermenin gücü bütün kriptonlulara şamil edilsə də, sonrakı komikslərdə həmin gücün Yer Günəşinin sarı işığının təsiri ilə aktivləşdiyi, Kripton Günəşinin qırmızı işığının təsiri ilə isə zəiflədiyi göstərilmişdir.
Siql başa düşürdü ki, Supermenin məğlubedilməz təsvir edilməsi, onun iştirak etdiyi qarşıdurmaları maraqsız edir, buna görə də o, yeni hekayə yazaraq, Supermenin gücünü zəiflədən “K-metal”ı əlavə edir. Lakin, bu hekayə nəşr olunmur, çünki, Supermen kim olmasını Luisə açıqlayır, lakin, Siqlın bu hekayəsindən ilhamlanan radio serial yaradıcıları 1943-cü ildə yaşıl kristal olan “kriptonit”i təqdim edirlər. O, komiksdə ilk dəfə "Superman Returns To Krypton!" adlı hekayədə yazıçı Bill Finqer tərəfindən “Superman #61”-də (dekabr 1949) təqdim edilir.
Klark Kent qəzet müxbiri olaraq fəaliyyət göstərir. Erkən hekayələrdə o, “The Daily Star” qəzetindən Corc Teylor tərəfindən işə götürülmüşdü, lakin, radio serialın ikinci epizodunda onun Perri Uayt tərəfindən “The Daily Planet” qəzetinə işə götürülməsi qeyd edilir. “Action Comics #1”-də Klarkın həmkarı Luis Leyn təqdim edilir. Klarkın ona romantik hissləri olsa da, qız onu yox güclü və sərt Supermeni üstün tutur. 1934-cü ildə təqdim edilmiş bu sevgi üçbucağı, Supermen hekayələrinin bir çoxunda yer almışdır. Cerri Siql Luisin Supermenin kimliyini öyrənməsinə qəti qarşı idi, çünki bu sevgi üçbucağı kitablar üçün vacib idi. On illər ərzində nəşr edilmiş komikslərdə Luis Klarkın Supermen olmasından şübhələnsə də, o, qızı səhv düşündüyünə əmin edir; ilk belə hekayə “Superman #17”- də (1942) nəşr olunmuşdu.
“Action Comics #662”-də (fevral 1991) Rocer Stern tərəfindən yazılmış və Bob MakLeod tərəfindən illüstrə edilmiş hekayədə Luis nəhayət ki, Klarkın ikili şəxsiyyətini öyrənir, on illər ərzində qorunmuş status-quo “Luis və Klark: Supermenin yeni macəraları” serialında da pozulur. Cütlük həm həmin serialda, həm də 1996-cı ildə çıxarılmış “Supermen: Toy albomu” adlı komiks kitabında evlənir. “Convergence: Superman #2”-də (iyul 2015) cütlüyün Conatan Semuel Kent adlı övladı doğulur.
Supermenin öldüyü ilk komiks “Supermen #188” (aprel 1966) olmuş, Kriptonitin təsiri ilə ölən Supermen, elə həmin komiksdə də öz robotlarından biri tərəfindən dirildilmişdir. 1990-cı illərdə “Supermenin ölümü və dirilməsi” hekayəsində Dumsdeylə ölümcül döyüşdən sonra, “Supermen #75”-də (yanvar 1993) Supermen ölmüşdür. Sonradan o, Məhvedici tərəfindən dirildilir. “Superman#52”-də (may 2016) kriptonit zəhəri ilə öldürülən Supermen dirilmir və paralel reallıqdan olan Supermenlə əvəzlənir.
2011-ci ildə “DC Comics” bütün komiks kitablarını paralel reallıqdan olan rebut versiyas ilə yenidən buraxmağa başlayır və bu zaman, ənənəvi komiks kitablarında yer alan Supermenin protaqonisti olan yeni Supermen təqdim edilir. Yeni versiyada Supermenin valideynləri o, azyaşlı olarkən sərxoş sürücünün törətdiyi avtomobil qəzasında vəat edirlər və o, Luislə evlənmir. Öz reallığında o, superqəhrəmanlığının ilk dövründə Leks Lüterlə qarşılaşır. Hökümətə çalışan Lüter, onu gücünün limitini müəyyənləşdirməyə həvəsləndirir. Supermen əvvəlcə bundan qaçmağa çalışsa da, “Superman vol. 2, #43”-də (oktyabr 2015) onun kimliyi dünyaya bəlli olur. Supermenin “New 52” versiyası ənənəvi komiks kitablarında “Superman: Lois and Clark” seriyasında təqdim edilir və bu zaman Yerin eyni adlı iki superqəhrəmanı olur. Gənc Supermenin “Superman vol. 3, #52”-də (25 may 2016) ölməsindən sonra, yaşlı Supermen Yerdə qalır.2016-cı ilin iyununda “DC Comics” növbəti dəfə komiks kitablarını yeni reallığa uyğun olaraq “DC Rebirth” adı ilə satışa çıxardı. Bu dəfə naşirlər “New 52” Supermenini protaqonist kimi təqdim etsələr də Luis Leyni onun həyat yoldaşı kimi göstərirlər. Onlar, Conatan Samuel Kent adlı övlada malikdirlər və gələcəkdə bu uşaq Superboy olacaq.“Superman Reborn” hekayə qpvsü personajın iki versiyası arasında anlaşmazlıq yaradır. “Mister Mxyzptlk” deyir ki, “New 52” versiyasının yaradılması personajın iki şəxsə bölünməsinə səbəb olmuşdu: Supermen kitablarının protaqinisti olan personaj və “Convergence” hadisəsində iştirak edən və Conun atası olan personaj. Yeni Superboy olan Conun sayəsində personajın hər iki versiyası vahid bir şəxsdə birləşərək DC Kainatında öz yerini tutur. Bu, bütöv Supermen, özündə hər iki Supermenin kostyum elementlərini birləşdirən yeni kostyuma malikdir.
Güc və bacarıqları
Superqəhrəman janrının nüfuzlu arxetipi olan Supermen bir çox qeyri adi xüsusiyyətlərə malikdir və o, ənənəvi olaraq “güllədən sürətli, lokomativdən güclü, bir sıçrayışla hündür binadan tullanmağa qadir” insan kimi təqdim edilir. Cey Morton tərəfindən yaradılmış bu təsvir ifadələri ilk dəfə Supermen radio serialında və Maks Fleşerin 1940-cı illərdə yayımladığı qısa animasiya filmlərində, daha sonra isə 1950-ci illərin teleseriallarında istifadə edilmişdir. Mövcud olduğu dövrlər ərzində Supermenin məşhur güc arsenalına uçma, super güc, qeyri magiya hücumlarına qarşı məğlubedilməzlik, super sürət, görmə bacarığı (rentgen, istilikgörmə, teleskopik, infra qırmızı və mikroskopik görmə), super eşitmə, super intellekt və yüksək sürətli küləklərlə müqayisə edilən dondurucu soyuqluğa malik super nəfəs daxil edilmişdir.
Erkən hekayələrdə Supermenin bacarıqları məhdud idi: o, maşını başının üstünə qaldıracaq qədər böyük gücə, super qaçış sürətinə və artilleriya silahının belə zədələyə bilmədiyi sərt dəriyə malikdir. Güclü elektrik dalğaları ilə onu ölümcül vəiyyətə qədər zəiflətmək, bomba partlayışı ilə isə öldürmək mümkün idi. Siql və Şuster onun gücü və tullanma qabiliyyətini qarışqa və çəyirtkə ilə müqayisə edirdilər. 1940-cı illərdə Supermen cizgi filmləri üzərində işləyən Fleşer qardaşları tullanma hərəkətinin animasiya təsvirinin çətin olmasını əsas gətirərək DC-yə tullanmanı uçma ilə əvəzləməyi təklif edirlər; bu, xüsusilə qısametrajlı filmlər üçün əlverişli idi və onsuz da az olan xronometraja qənaət etməyə imkan yaradırdı. Gümüş dövrü boyunca yazıçlar bu bacarığı tədricən inkişaf etdirərək elə bir səviyyəyə çatdırdılar ki, Supermen rahatlıqla başqa dünyalar və qalaktikalara uça bilir. Supermen, tez-tez yad cismlərin Yerə düşməsinin qarşısını almaq üçün, hərdən isə sadəcə başını sakitləşdirmək məqsədi ilə günəş sisteminə uçur. Yazıçılar üçün Supermeni real çətinliyə salacaq problemlərin yaradılması çətin olduğuna görə, DC personaj üçün xüsusi şəraitlər formalaşdırmağa çalışmışdır. 1986-cı ildə Con Birn tərəfindən həyata keçirilmiş əsaslı yenidənyazma nəticəsində personajın bacarıqlarına bəzi məhdudiyyətlər qoyulmuşdur: o, nüvə silahına çətinliklə dözürdü, kosmosa uçuşları isə nəfəsini nə qədər saxlaya bilməsindən asılı idi. Lakin həmin yenidənyazmadan keçən dövr ərzində personajın gücü yenidən inkişaf etdirilmişdir ki, bunun da nəticəsində Supermen artıq dağı asanlıqla tərpədəcək, nüvə silahı ilə mübarizə aparacaq, heç bir zədə almadan günəşə uçacaq və oksigensiz vakkum şəraitində istədiyi qədər yaşayacaq gücə malikdir.
Supermenin gücünün mənşəyi də uzun müddət ərzində dəfələrlə dəyişdirilmişdir. Əvvəlcə qeyd edilirdi ki, Supermenin bacarıqlarının mənşəyi onun kriptonlu olması ilə əlaqədardır. Lakin, tezliklə bu yanaşma dəyişdirilərək göstərilmişdir ki, Supermenin gücünün mənşəyi Kriptonun qravitasiyasının Yerin qravitasiyasından daha güclü olması ilə əlaqədardır. Bu, Edqar Rays Berrouzun yaratdığı “Con Karter” adlı personajın bacarıqlarına bənzərdir. Kriptonluların hamısının Supermen kimi bacarıqlara malik olması, onların planet partlaması nəticəsində məhv olmalarının yazıçılar tərəfindən izah edilməsində çətinlik yaratmışdır. Bu problemin aradan qaldırılması üçün qeyd edilmişdir ki, doğma planeti Rao adlı ulduz olan Kriptonlular yalnız sarı Günəşin şülarının təsiri ilə super gücə malik olurlar.
Supermenin gücünün zəifləməsinə Kripton mənşəli, yaşıl kristal olan kriptonit təsir edir. Planetin parçalanması zamanı onun bəzi hissələri kosmik tullantı kimi Yerə də çatmışdır. Kriptonit Supermeni hərəkətsiz hala kimi zəiflədərək dözülməz ağrı və ürəkbulanması hiss etməsinə səbəb olur; uzunmüddətli təsir isə ölməsinə səbəb olur. Onu kriptonitdən xilad edəcək yeganə vasitə isə şüalanmanın qarşısını alan qurğuşundur. Qurğuşun həm də onun digər tərəfini görə bilmədiyi yeganı elementdir. Kriptonit ilk dəfə 1943-cü ildə süjet elementi kimi, radio aktyoru Bad Kollayerin bir qədər dincəlməsinə imkan yaratmaq üçün əlavə edilmişdir. Yaşıl kriptonit ən məşhur təsvir olsa da, illər ərzində yazıçılar onun hər biri özünəməxsus xüsusiyyətlərə malik qırmızı, qızılı, mavi, ağ və qara növlərini də hekayələrə əlavə etmişlər.

Yorumlar
Yorum Gönder