Qarışqa-adam
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır.
Nəşr olunma tarixi
Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
8 buraxılışdan sonra Henk Pim özünə Qarışqa-adam adını götürmüşdür. "Heyranedici hekayələr"in 35-ci sayında (yanvar, 1962) 13 səhifəlik və 3 hissəli ("Qarışqa-adamın qayıdışı", "Qarışqa ordusu", "Hesablaşma") hekayədə ilk dəfə özünə kostyum düzəltmişdir. 44-cü buraxılışda (iyun, 1963) Cenet Van Din debüt etmişdir. Cenet Van Din Eşşək arısı adını alaraq Henk Pimlə birlikdə super qəhrəman olmuşdur. 1963-cü ilin sentyabrında Sten Li və Cek Kirbi "Qisasçılar" komiksini yaratmış, Eşşək arısı və Qarışqa-adam 1-ci sayda qurucu üzvlərdən biri olmuşdur.
İllər sonra Sten Li niyə Henk Pim çox da məşhurlaşmadığı haqda açıqlama vermişdir:
"Mən Qarışqa-adamı sevirdim, amma hekayələr tam real görsənmirdi. Biz onun kiçik halda şəklini çəkərkən əşyaları böyük təsvir etməliydik, beləliklə maraqlı şəkillər alınacaqdı. Amma onu çəkən rəssamlar (onları necə xatırladığım vacib deyil) bunu unudurdular. Onlar stolun üzərində qəhrəman baxışlı insan çəkirdilər. Mənsə onlara deyirdim ki, onun yanında bir kibrit qutusu da çəkin ki, aradakı boy fərqi görsənsin. Amma onlar bunu unudurdular. Komiksdə ona baxanda sizə elə gəlir ki, digərləri kimi kostyum geymiş adi insana baxırsız. Bu maraqlı deyildi."
Pim tezliklə "Heyranedici hekayələr"in dəyişməz super qəhrəmanlarından birinə çevrilmişdir. Bu komiskin 1963-cü ilin noyabrında çıxan 49-cı sayında ilk dəfə Nəhəng adam olmuşdur. 69-cu saya qədər (iyun, 1965) Cenet Van Dinlə partner olmuşdur. "Qisasçılar" komiksinin 1965-ci ilin aprelində nəşr olunan 15-ci sayına qədər Qisasçıların üzvü olmuşdur.
"Qisasçılar" komiksinin 28-ci sayında (may, 1966) Qoliaf adı ilə komandaya dönmüşdür. Tədricən psixoloji problemləri üzündən 59-cu buraxılışda (dekabr, 1968) Sarı Jaket adını almışdır. "Qisasçılar" komiksinin 93-cü sayında (noyabr, 1971), "Marvel Feature" komiksinin 4-10-cu saylarında (iyul, 1972 — iyul, 1973) Qarışqa-adam olmuşdur. "Qərb Sahili Qisasçıları"nın 2-ci nəşrinin 1987-ci ilin iyulunda çıxan 21-ci sayında Qərb Sahili Qisasçılarına alim kimi qatılmışdır. Qisasçılara "Qisasçılar" komiksinin 3-cü nəşrinin 1-ci sayında (fevral, 1998) Nəhəng adam kimi qayıtmışdır. Qisasçıların dağılması ilə Sarı Jaket olmuşdur. 85-ci saydan (sentyabr, 2004) etibarən yoxa çıxmışdır.
Bir zamanlar evli olduğu Eşşək arısının ölümündən sonra "Gizli işğal: Rekviem" komiksində (yanvar, 2009) onun şərəfinə Eşşək arısı olmuşdur. "Qisasçılar Akademiyası" komiksində 1-ci saydan (avqust, 2010) son saya — 39-cu saya (yanvar, 2013) qədər bu komiksdə yer almışdır. "Qarışqa-adam və Eşşək arısı" komiksində də (yanvar, 2011) peyda olmuşdur.
Henk Pim 2010-2013-cü illərdə nəşr olunan "Gizli Qisasçılar" komiksinin 22-ci sayından (aprel, 2010) 37-ci sayına qədər (mart, 2013) əsas personajlardan biri idi.
Bioqrafiya
Qarışqa-adam
Henk Pim biokimya sahəsində ixtisaslaşmış, başqa elmlərə də maraq göstərən, gənc və bir o qədər də macərapərəst alimdir. Macar əsilli, ABŞ-a siyasi problemlər üzündən qaçan Mariya Trovaya ilə evli olmuşdur. Evlənmələrindən qısa müddət sonra Mariya ilə Macarıstana səyahətləri zamanı Mariya gizli polis agentliyi tərəfindən öldürülür. Böyük şok yaşayan Pim zəkasını və biliyini ədalətin qorunmasına sərf etməyə qərar verir. Aldığı bu qərardan qısa müddət sonra əşyaların ölçüsünü kiçildib-böyüdən Pim hissəciklərini kəşf edir.
Henri Pim maqnitizm hadisəsindən istifadə edərək Pim hissəciklərini iki fərqli zərdaba həbs etməyi bacarır.[1] Bir zərdab cismin ölçüsünü kiçildir, digəri isə onu əvvəlki ölçüsünə qaytarır. Pim bu zərdabı üzərində yoxlayır, kiçilir, amma səhvən qarışqa yuvasına düşüb orada ilişir. Yuvadakı qarışqalar üzündən həyatı təhlükəyə düşür. Digər zərdabdan istifadə edən Pim bu hissəciklərin çox güclü və təhlükəli olduğu qərarına gələrək onları yox edir. Amma sonradan aldığı qərarın səhv olduğunu fikirləşir və bu hissəciklər üzərində yenidən təcrübələr aparmağa başlayır. Özü ilə biklikdə kiçilən kostyum da düzəldir. Qarışqa yuvasına düşdükdən sonra qarışqaları və onların ünsiyyət vasitələrini öyrənir, bir neçə aydan sonra qarışqalarla ünsiyyətə keçməyə yarayan kaska ixtira edir. Şəhərdə hər hansı bir hadisə baş verdikdə qarışqalar ona xəbər verməyə başlayır. Beləliklə, Henk Pim Qarışqa-adam olur[2] və şəhərdəki cinayətkarlara qarşı mübarizə aparmağa başlayır. Mübarizə apardığı anti-qəhrəmanlardan biri də Yumurtabaş (Elias Star) olur. Yumurtabaş kommunistlərə sirlər satdığı üçün qovulan bir fizik idi. Qarışqa-adamı məğlub etmək istəyən yerli bir qruplaşma tərəfindən kirayələnmişdir. Yumurtabaş Qarışqa-adamın əsas köməkçilərinin qarışqalar olduğunu öyrənir, onu tələyə salmaq üçün özü bir kaska düzəldib qarışqalarla ünsiyyətə girməyə cəhd edir. Amma qarışqalar bu haqda Henki xəbərdar edirlər. Qarışqa-dam Yumurtabaşı məğlub edir. Bu zaman Qarışqa-adam təkbaşına pislərə qarşı mübarizə aparmağın çətin olduğu qərarını verir. Yumurtabaş isə artıq polis tərəfindən axtarılan cinayətkardır və qisas hissi ilə alışıb yanır.
Kosmosdan gələn bir yadplanetli Henkin həmkarlarından astrofizik Vernon Van Dini öldürür. Nə edəcəyini bilməyən qızı Cenet Van Din Henki tapır və ondan kömək istəyir. Daha əvvəl də tanış olmuşdular. Henk ölən həyat yoldaşına çox bənzədiyi üçün Ceneti yaddan çıxartmamaqdadır. Kömək istəyinin əvvəlcə zarafat kimi qəbul edən Pim qarışqalardan bunun doğru olduğunu öyrənir və Qarışqa-adam kimi onun köməyinə çatır. Cenet atasının qatilini tapmaq və ədalətə təslim etmək istəyir. Qarışqa-adam Ceneti laboratoriyasına aparır. Burada Qarışqa-adam olduğunu etiraf edir, ona Pim hissəcikləri ilə kiçilməyi öyrədir və biokimya biliyindən istifadə edərək onun üçün böcək qanadları yaradır. Beləliklə, Cenet Van Din Eşşək arısı adını alaraq super-qəhrəman olur. İkisi qatilin arxasınca düşüb onu məğlub edirlər. Bir müddət birlikdə işləyirlər. Bir gün Halkın təcili yaxalanması siqnalı alırlar və bundan sonra həyatları tamamilə dəyişir.
Qisasçılar və Nəhəng-adam olması.
Siqnala cavab verən sadəcə Eşşək arısı və Qarışqa adam deyildir. Tor və Dəmir adam da hadisə yerinə gəlir.[4] Halkı məğlub etmək üçün böyük mübarizə verirlər. Sonda Tor hər şeyin Lokinin oyunu olduğunu anlayır. Sonda güclərini birləşdirib Lokiyə qalib gəlirlər. Henk beşinin müxtəlif güclərə sahib olduğunu və birləşib bir komanda olmalarının mütləq olduğunu bildirir. Digərləri də komanda qurmaq fikri ilə razılaşır, Cenet isə komandanın adını qoyur: Qisasçılar. Beləliklə, Marvel dünyasının ən məşhur komandası yaranır. Qisasçılar komandası kimi ilk işlərindən biri donmuş Kapitan Amerikanı buzdan çıxarıb komandalarına qoşulmalarını təmin etmək olur.
Qisasçılar qurulduqdan sonra Henk Pim hissəciklərinin cisimləri sadəcə kiçiltmədiyini, böyütdüyünü də kəşf edir.[5] Boyu 3,5 metrə çata bilir, amma müvazinatını saxlamaqda çətinlik çətir. Buna baxmayaraq Qisasçılar macərasına Nəhəng adam kimi davam etməyə qərar verir. (İllər sonra məlum olur ki, bunun səbəbi Dəmir adam və Torun yanında yetərsiz kimi görsənməməkdir[6]) Həm Qisasçı kimi, həm də Eşşək arı ilə birlikdə macəralarına davam edir. Eşşək arısı ilə birlikdə ən böyük düşmənləri olan Qasırğa tərəfindən ilk dəfə məğlubiyyətə uğrayırlar. Cenet Henkin ölçüsü böyüdükdə dəyişdiyini görür. Böyüyəndə daha diqqətsiz, daha eqoist olur. Bir tərəfdən də Qasırğa onların başına bəla olur. Henk böyüməyinin ölümcül problemlərə yol açacağından narahat olur. Qisasçılar komandası ilə olan münasibətləri də yavaş-yavaş korlanır. Komandanın Mol-adama qarşı heç bir şey etməməsi onu hirsləndirir.
Cenetin Kont Nefariyaya qarşı döyüşdə yaralanması onu qəti qərar verməyə məcbur edir. Qisasçıların Bəla Ustalarına qarşı verdiyi mübarizədən sonra Henk və Cenet komandadan ayrılmağa və kostyumlarını çıxarıb adi insan kimi yaşamağa qərar verirlər.[7] Aralarında sevgi münasibətləri cücərməyə başlayır.
Gücləri
Qarışqa-adam və Sarı Jaket kimi ölçüsünü 1 sm-ə qədər kiçildə bilir. İlk başlarda bunu ancaq zərdabın köməyi ilə edə bilirdisə, sonradan bu zərdabla mutasiyaya uğradığından öz iradəsi ilə etməyə nail olmuşdur. Boyu kiçildiyində kütləsi sabit qaldığından qüvvəti də dəyişmir.
Pim tezliklə "Heyranedici hekayələr"in dəyişməz super qəhrəmanlarından birinə çevrilmişdir. Bu komiskin 1963-cü ilin noyabrında çıxan 49-cı sayında ilk dəfə Nəhəng adam olmuşdur. 69-cu saya qədər (iyun, 1965) Cenet Van Dinlə partner olmuşdur. "Qisasçılar" komiksinin 1965-ci ilin aprelində nəşr olunan 15-ci sayına qədər Qisasçıların üzvü olmuşdur.
"Qisasçılar" komiksinin 28-ci sayında (may, 1966) Qoliaf adı ilə komandaya dönmüşdür. Tədricən psixoloji problemləri üzündən 59-cu buraxılışda (dekabr, 1968) Sarı Jaket adını almışdır. "Qisasçılar" komiksinin 93-cü sayında (noyabr, 1971), "Marvel Feature" komiksinin 4-10-cu saylarında (iyul, 1972 — iyul, 1973) Qarışqa-adam olmuşdur. "Qərb Sahili Qisasçıları"nın 2-ci nəşrinin 1987-ci ilin iyulunda çıxan 21-ci sayında Qərb Sahili Qisasçılarına alim kimi qatılmışdır. Qisasçılara "Qisasçılar" komiksinin 3-cü nəşrinin 1-ci sayında (fevral, 1998) Nəhəng adam kimi qayıtmışdır. Qisasçıların dağılması ilə Sarı Jaket olmuşdur. 85-ci saydan (sentyabr, 2004) etibarən yoxa çıxmışdır.
Bir zamanlar evli olduğu Eşşək arısının ölümündən sonra "Gizli işğal: Rekviem" komiksində (yanvar, 2009) onun şərəfinə Eşşək arısı olmuşdur. "Qisasçılar Akademiyası" komiksində 1-ci saydan (avqust, 2010) son saya — 39-cu saya (yanvar, 2013) qədər bu komiksdə yer almışdır. "Qarışqa-adam və Eşşək arısı" komiksində də (yanvar, 2011) peyda olmuşdur.
Henk Pim 2010-2013-cü illərdə nəşr olunan "Gizli Qisasçılar" komiksinin 22-ci sayından (aprel, 2010) 37-ci sayına qədər (mart, 2013) əsas personajlardan biri idi.
Bioqrafiya
Qarışqa-adam
Henk Pim biokimya sahəsində ixtisaslaşmış, başqa elmlərə də maraq göstərən, gənc və bir o qədər də macərapərəst alimdir. Macar əsilli, ABŞ-a siyasi problemlər üzündən qaçan Mariya Trovaya ilə evli olmuşdur. Evlənmələrindən qısa müddət sonra Mariya ilə Macarıstana səyahətləri zamanı Mariya gizli polis agentliyi tərəfindən öldürülür. Böyük şok yaşayan Pim zəkasını və biliyini ədalətin qorunmasına sərf etməyə qərar verir. Aldığı bu qərardan qısa müddət sonra əşyaların ölçüsünü kiçildib-böyüdən Pim hissəciklərini kəşf edir.
Henri Pim maqnitizm hadisəsindən istifadə edərək Pim hissəciklərini iki fərqli zərdaba həbs etməyi bacarır.[1] Bir zərdab cismin ölçüsünü kiçildir, digəri isə onu əvvəlki ölçüsünə qaytarır. Pim bu zərdabı üzərində yoxlayır, kiçilir, amma səhvən qarışqa yuvasına düşüb orada ilişir. Yuvadakı qarışqalar üzündən həyatı təhlükəyə düşür. Digər zərdabdan istifadə edən Pim bu hissəciklərin çox güclü və təhlükəli olduğu qərarına gələrək onları yox edir. Amma sonradan aldığı qərarın səhv olduğunu fikirləşir və bu hissəciklər üzərində yenidən təcrübələr aparmağa başlayır. Özü ilə biklikdə kiçilən kostyum da düzəldir. Qarışqa yuvasına düşdükdən sonra qarışqaları və onların ünsiyyət vasitələrini öyrənir, bir neçə aydan sonra qarışqalarla ünsiyyətə keçməyə yarayan kaska ixtira edir. Şəhərdə hər hansı bir hadisə baş verdikdə qarışqalar ona xəbər verməyə başlayır. Beləliklə, Henk Pim Qarışqa-adam olur[2] və şəhərdəki cinayətkarlara qarşı mübarizə aparmağa başlayır. Mübarizə apardığı anti-qəhrəmanlardan biri də Yumurtabaş (Elias Star) olur. Yumurtabaş kommunistlərə sirlər satdığı üçün qovulan bir fizik idi. Qarışqa-adamı məğlub etmək istəyən yerli bir qruplaşma tərəfindən kirayələnmişdir. Yumurtabaş Qarışqa-adamın əsas köməkçilərinin qarışqalar olduğunu öyrənir, onu tələyə salmaq üçün özü bir kaska düzəldib qarışqalarla ünsiyyətə girməyə cəhd edir. Amma qarışqalar bu haqda Henki xəbərdar edirlər. Qarışqa-dam Yumurtabaşı məğlub edir. Bu zaman Qarışqa-adam təkbaşına pislərə qarşı mübarizə aparmağın çətin olduğu qərarını verir. Yumurtabaş isə artıq polis tərəfindən axtarılan cinayətkardır və qisas hissi ilə alışıb yanır.
Kosmosdan gələn bir yadplanetli Henkin həmkarlarından astrofizik Vernon Van Dini öldürür. Nə edəcəyini bilməyən qızı Cenet Van Din Henki tapır və ondan kömək istəyir. Daha əvvəl də tanış olmuşdular. Henk ölən həyat yoldaşına çox bənzədiyi üçün Ceneti yaddan çıxartmamaqdadır. Kömək istəyinin əvvəlcə zarafat kimi qəbul edən Pim qarışqalardan bunun doğru olduğunu öyrənir və Qarışqa-adam kimi onun köməyinə çatır. Cenet atasının qatilini tapmaq və ədalətə təslim etmək istəyir. Qarışqa-adam Ceneti laboratoriyasına aparır. Burada Qarışqa-adam olduğunu etiraf edir, ona Pim hissəcikləri ilə kiçilməyi öyrədir və biokimya biliyindən istifadə edərək onun üçün böcək qanadları yaradır. Beləliklə, Cenet Van Din Eşşək arısı adını alaraq super-qəhrəman olur. İkisi qatilin arxasınca düşüb onu məğlub edirlər. Bir müddət birlikdə işləyirlər. Bir gün Halkın təcili yaxalanması siqnalı alırlar və bundan sonra həyatları tamamilə dəyişir.
Qisasçılar və Nəhəng-adam olması.

Qisasçılar qurulduqdan sonra Henk Pim hissəciklərinin cisimləri sadəcə kiçiltmədiyini, böyütdüyünü də kəşf edir.[5] Boyu 3,5 metrə çata bilir, amma müvazinatını saxlamaqda çətinlik çətir. Buna baxmayaraq Qisasçılar macərasına Nəhəng adam kimi davam etməyə qərar verir. (İllər sonra məlum olur ki, bunun səbəbi Dəmir adam və Torun yanında yetərsiz kimi görsənməməkdir[6]) Həm Qisasçı kimi, həm də Eşşək arı ilə birlikdə macəralarına davam edir. Eşşək arısı ilə birlikdə ən böyük düşmənləri olan Qasırğa tərəfindən ilk dəfə məğlubiyyətə uğrayırlar. Cenet Henkin ölçüsü böyüdükdə dəyişdiyini görür. Böyüyəndə daha diqqətsiz, daha eqoist olur. Bir tərəfdən də Qasırğa onların başına bəla olur. Henk böyüməyinin ölümcül problemlərə yol açacağından narahat olur. Qisasçılar komandası ilə olan münasibətləri də yavaş-yavaş korlanır. Komandanın Mol-adama qarşı heç bir şey etməməsi onu hirsləndirir.
Cenetin Kont Nefariyaya qarşı döyüşdə yaralanması onu qəti qərar verməyə məcbur edir. Qisasçıların Bəla Ustalarına qarşı verdiyi mübarizədən sonra Henk və Cenet komandadan ayrılmağa və kostyumlarını çıxarıb adi insan kimi yaşamağa qərar verirlər.[7] Aralarında sevgi münasibətləri cücərməyə başlayır.
Gücləri
- Nəhəng-adam və Qoliaf kimi boyunu yüzlərlə metr böyüdə bilir. İlk başlarda bunu ancaq zərdabın köməyi ilə edə bilirdisə, sonradan bu zərdabla mutasiyaya uğradığından öz iradəsi ilə etməyə nail olmuşdur. Boyu böyüdüyündən gücü də artır.
- Eşşək arısı kimi Nəhəng-adam və Qoliafdan daha da böyük ola bilir. Bu zaman gücü də daha çox olur.
- Çox kiçilib Mikrodünyaya, çox böyüyüb Makrodünyaya daxil ola bilir.
- Eşşək arısı kimi əllərindən biolektrik dalğalar göndərmək qabiliyyətinə malikdir. Belinin arxasındakı qanadlar ilə uça bilir.
- Böyüyüb-kiçilmə bacarığını digər cisimlərdə də tədbiq edə bilər.
- İntellekti çox güclüdür.
- Biokimya sahəsində mütəxəssisdir. Bundan başqa subatom fizikası, süni intellekt sahəsində də bacarıqlıdır.
- Kapitan Amerika tərəfindən bir müddət təlim aldığına görə yaxın döyüşdə çox yaxşıdır. Ən yaxşı bildiyi idman növü cüdodur. Yaxşı pilot və dalğıcdır.
- Kaskası vasitəsilə böcəklərlə əlaqə saxlaya bilir, onları idarə edir.
- Eşşək arısı gözlükləri ilə görmə qabiliyyətini artıra bilir, gördüklərini qeydə alır, hər cür enerjini analiz edir, düşüncələrini radio tezliyi ilə ötürür.
Yorumlar
Yorum Gönder