Daredevil

                                                   
Daredevil (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur.
Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi.
Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur. Matt getdikcə kor olmasına baxmayaraq digər duyğu üzvlərinin normal insanlara nisbətən inanılmaz inkişaf etdiyinin fərqinə varmağa başlamışdır. Üstəlik eşitmə qabiliyyəti o qədər inkişaf etmişdi ki, cisimləri görməsə də yerlərini radar yolu ilə tapa bilirdi.
Matt kor olduqdan sonra rinqlərə qayıtmağa qərar verən atası Fikser adlı bir qanqsterin o axşam keçiriləcək bir boks döyüşünü ona satmaq təklifini rədd etmişdir, çünki oğlu da izləyicilər arasında olacaqdı. Buna görə qalib gəlməsinə baxmayaraq oyundan sonra öldürüldü. Atasının ölümündən sarsılan Matt qatilləri cəzalandıracağına söz vermişdir. Universiteti bitirib vəkil kimi məzun olmuş və dostu Foqqi Nelsonla bir vəkil bürosu açmışdır. Beləliklə, Matt Hells Kitçında ədalət axtaranlara gündüzlər vəkil kimi, axşamlar isə Daredevil kimi kömək göstərəcəkdir.Onu da qeyd edək ki atasını öldürdən Kingpindir.

Gücləri


Daredevilin əsas qabiliyyəti onun hiss orqanlarıdır. Gözləri tam olaraq kor olsa da, bədəninə saçılan radioaktiv maddəyə görə digər 4 duyğu üzvü inanılmaz güclənmiş, adi insandakından qat-qat güclü olmuşdur. Bu ona əlavə üstünlüklər qazandırmışdır. İnsanların səsini uzaq məsafələrdən eşidə bilir, adi insanların belə tapmayacağı əşya və cisimlərin yerini radar qabiliyyəti ilə müəyyən edir.
Daredevil həm də əla döyüş bacarığına malikdir. O, bu döyüş bacarığını ninja klanında ikən Çubuqdan öyrənmişdir. Döyüşərkən ayrıla bilən çubuqdan istifadə edir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

IRON FIST(DEMIR YUMRUK)