Qara dul (ing. Black Widow; rus. Чёрная вдова) və ya əsl adı ilə Natalya Alianovna Romanova[1] — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. 1964-cü ildə Sten Li, Don Hek və Don Riko tərəfindən yaradılmışdır.
Nəşr olunması

Qara dul ilk dəfə 1964-cü ilin aprelində "Bəlirsizlik hekayələri" komiksinin 52-ci buraxılışında görünür. Bu buraxılışda Dəmir adamla birlikdə, kostyumsuz və super gücsüz göstərilir. Bir neçə aydan sonra Qara dul Şahingözlə partner olur. Hər iki personajın uğur qazandığını görən rəssamlar Qara dula tezliklə xüsusi kostyum və texnoloji silahlar əlavə edirlər. Bu müddət ərzində SSRİ hökümətinin cəsusu kimi göstərilir. Amma daha sonra ABŞ-a köçürülür, Qisasçıların üzvü olur.

1970-ci illərdə Qara dulun kostyumu yenilənir və öz adında olan komiksi nəşr olunmağa başlanır. Amma bu komiks ancaq 8 ay dayanır, daha sonra "Daredevil" komiksində Daredevilin yeni partneri kimi peyda olur.
Bioqrafiya
                     İlk illəri
Əsl adı Natalya Romanova olsa da, daha çox Nataşa adı ilə çağırılır. Soyadına görə bəzən onun Çar Rusiyasının sonuncu sülaləsi ilə hansısa əlaqəsi olduğu iddia edilsə də, bu heç vaxt isbat edilməmişdir. İkinci dünya müharibəsindən əvvəl nə etdiyi də məlum deyil. Qara dul 1928-ci ildə Stalinqradda anadan olduğu məlumdur. Onunla bağlı ən dəqiq məlumatlar onun sürücüsü və yaxın dostu İvan Petroviç Bezuxov[2] ilə söhbətlərində orta çıxır: Nataşa hələ uşaqkən ailəsi Stalinqradda bir hücum zamanı məhv olmuş və yanan binanın içində qalmışdır.

İvan onun həyatını xilas edir və onu himayə edir. Nataşa böyüdükcə bacarıqları SSRİ hökümətinin diqqətini çəkir, hökümət ona təlim keçməyə başlayır. Hətta İkinci dünya müharibəsində İvan Kapitan Amerika və Porsuqun köməyi ilə Nataşanı nasistlərin əlindən xilas edir.

Başqa versiyaya görə hələ kiçik uşaq ikən Nataşa SSRİ höküməti tərəfindən digər 28 yetim uşaqla birlikdə Qırmızı Otaq Akademiyasında Qara dul proqramına daxil edilir. Bu proqramda psixoloji və bioloji cəhətdən güclənir, daha gec qocalır. Amma onun beyninə saxta xatirələr daxil edilir, Nataşa keçmişdə opera binasında balerina olduğunu zənn edir.

SSRİ höküməti onu test pilotu Aleksey Şostakov ilə evləndirir. Hökümət ikisinin birlikdə daha güclü olacaqlarını fikirləşir. Amma daha sonra Alekseyi ABŞ-a qarşı olan "Qırmızı qoruyucu" proqramına daxil edirlər. Qara dula ərinin öldüyü deyilir və o, tək başına davam etməli olur. Bu zaman Kapitan Amerikanın köməkçisi Baki ilə tanış olur, ondan yeni döyüş təlimi alır, hətta aralarında qısa münasibət yaşanır.

ABŞ dövrü
Bir gün Qara duldan KQB cəsusu Boris Turqenova kömək etməsi istənir. Missiyası professor Anton Vankonu öldürməkdir. Bu zaman Anton Vanko Toni Starkın şirkətində işləməkdədir. Toni Stark öz işçisini qoruyur. Nataşa Dəmir adamla təkbaşına döyüşə bilməyincə Şahingözlə birləşir.[5] Az qala Dəmir adamı məğlub edəcəkkən Şahingöz yaralanan Qara dulu döyüş meydanından qaçırmağı seçir.[6]

Bu hərəkət Qara dulun Şahingözə duyğularının yaranmasına və ölkəsinə olan sədaqətini ikinci plana atmasına səbəb olur. KQB bunu öyrənəndə Nataşanı qaçırıb Qırmızı Otaq Akademiyasına geri göndərir. Bu hadisədən sonra Şahingöz Qisasçılara qatılır.

Qırmızı Otaq Akademiyasında[7] yaddaşı silinən Qara dul Qisasçılarla[8][9] döyüşür, amma Şahingözün köməyi ilə yaddaşı yerinə gəlir. Sərbəst cəsus olub SHIELD üçün işləməyə başlayır. Bu missiyaların birində keçmiş əri Qırmızı qoruyucu[10] ilə döyüşür. Qırmızı qoruyucu rusların Qisasçılara haqsızlıq etiyini düşünüb öz həyatını fəda edir. Depresiyaya girən Nataşa Şahingözün evlilik təklifini rədd edir, İvan Petroviçlə birlikdə cinayətə qarşı müharibə elan edir.

1975-ci ildə Nataşa Daredevil ilə işləməyə başlayır. İkisinin bir-birinə uyğun olacağını yazıçı Qerri Konvay fikirləşmişdi.[11] Nataşa və Daredevil bir hekayədə tanış olurlar və münasibətləri inkişaf edir. "Daredevil" komiksi hətta bir müddət "Daredevil və Qara dul" adı ilə çap olunur. Amma Nataşa düzənli bir həyat insanı deyildir, bu cür həyatın ona uyğun olmadığını görüb Daredevildən ayrılıb Qisasçılara qoşulur.

Bu dövrdə HYDRA tərəfindən yaxalanır. Ona o qədər işgəncə edirlər ki, özünü Nansi Raşmen adlı müəllimə zənn etməyə başlayır. Yaddaşını qazanmaq üçün Nik Furi, Hörümçək-adam və Şanq-Çi ilə işləyir. Yaddaşını geri qazanır.

Nataşa daha sonra Daredevilə geri dönmək istəyir, amma onun Heze Qlennlə[12] münasibətdə olduğunu görüb Nyu Yorku tərk edir.[13] Çempionlar adlı komandanı qurur. Bu komandanın üzvləri Herakl, Buz adam,[14] Mələk və Kabus sürücüdür. Herakl ilə sevgi münasibətləri yaşayır, amma bu da qısamüddətli olur. Tezliklə maddi səbəblər üzündən komanda da dağılır. Qara dul yenə tək işləməyə başlayır
Gücləri
Məlum olan bir gücü olmasa da, Qırmızı Otaq Akademiyasında onun bədəninə xüsusi zərdab vurulmuşdur. Buna görə daha güclüdür və gec qocalır. Super insan kateqoriyasındadır. Bundan əlavə atlet, gimnast, akrobatdır, Uzaq Şərq döyüş növlərini bilir, silahlardan yaxşı başı çıxır. Həmçinin əla balerinadır. Cəsusluq təlimi almışdır, qarşısındakından sirrini asanca ala bilir. Bir çox dildə danışmağı öyrənib. Usta niçancıdır. Texnologiyadan da başı çıxır, xakerdir.
Bəzi macəralar
  • Bütün bacarıqlarına baxmayaraq, Qara dulun şəxsi həyatı heç vaxt uğurlu olmayıb. Daredevilə bir dəfə də yaxınlaşıb ona sevdiyi deyir, amma Karen Peycin ölümündən sarsılan Matt ona üz vermir. Qırmızı qoruyucu, Herakl, Şahingözlə də münasibətləri pis nəticələnir.
    • Yelena Belova adlı başqa cəsus Nataşaya meydan oxuyur. Qırmızı Otaq Akademiyasında ondan daha yaxşı nəticələr göstərən yeganə cəsus olduğundan Qara dul olmağın onun haqqı olduğunu düşünür.[15] Amma Nataşa onu bu fikrindən daşındırır.
    • Nataşa Nik Furinin qatili olduğu düşünülən Cəzalandırıcını tapmaq üçün Daredevilin yığdığı komandaya qoşulur, amma bu da qısa çəkir. Şahingözün ölümündən və Qisasçıların dağılmasından sonra Arizonaya gedir. Burada Qırmızı Otaq Akademiyasında onunla birlikdə cəsus təlimi görən qadınların tək-tək öldürüldüyünü öyrənir. Rusiyaya gedib bu hadisənin səbəbçisini tapıb öldürdükdən sonra yenə bir müddət Daredevil ilə işləyir.
    • Yenidən tək işləməyə qərar verən Nataşa Damon Dranın İvanı qaçıraraq onu tələyə salmaq istədiyini öyrənir. Damon Dran Qara dulu öldürüb saxta Qara dulu SHIELD-ə göndərib Nik Furini öldürmək istəyir, amma Nataşa bunu ifşa edir. Daha sonra Dəmir adamla işləyir. Qisasçılara qayıdır, Qara cəngavər ilə komandanı idarə edir. Amma Onslaught hadisəsində Qisasçıların bir çox üzvü ölür (əslində isə başqa paralel dünyaya düşmüşdülər) və komanda dağılır. Buna görə özünü günahlandırır. Qisasçıların bütün düşmənlərini öldürəcəyini söz verir və Daredevil ilə güclərini birləşdirir. Qisasçıların əslində ölmədiyini öyrəndikdə rahatlayır, SHIELD missiyalarına geri dönür.
    • Bir dəfə Nik Furinin əmri ilə Yelena Belovanın kimliyi ilə Norman Osbornun İldırımsaçanlar komandasına qatılmışdır.
    • Asqard müharibəsindən sonra Gizli Qisasçılara qoşulur. Bəlalı Altılıq Qisasçıları məğlub etdikdə, Hörümçək-adama Bəlalı Altılığa qalib gəlməkdə kömək edir. X-Menlə döyüşdə Qisasçıların tərəfində olur.
    Filmdə
    Qara dul personajı ilk dəfə "Dəmir adam 2"[16] filmi ilə film dünyasında debüt etmişdir. Bu filmdə Qara dulu Skarlet Yohansson oynamışdır. Filmdə əvvəlcə Qara dul Dəmir adamın katibəsi[17] kimi görünür, amma Toni Stark onun SHIELD cəsusu olduğunu öyrənir. Bundan sonra bütün filmlərdə də Qara dulu Skarlet Yohansson canlandırmışdır: "Qisasçılar"[18] (2012), "Kapitan Amerika: Qış əsgəri" (2014), "Qisasçılar: Altron dövrü" və "Kapitan Amerika: Vətəndaş müharibəsi" (2016).[19] (2015). "Kapitan Amerika: Qış əsgəri" filmində Kapitan Amerikanın partneri olmuşdur. Qara dulun Marvel Studiosun növbəti 2 filmində ("Qisasçılar: Sonsuzluq müharibəsi. Birinci hissə" (2018) və "Qisasçılar: Sonsuzluq müharibəsi. İkinci hissə" (2019)) görünəcəyi ehtimal olunur.


    Yorumlar

    Bu blogdaki popüler yayınlar

    IRON FIST(DEMIR YUMRUK)

    Daredevil