Kayıtlar

Resim
                                                              QARA PANTERA Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir.

Qarışqa-adam

Resim
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. Nəşr olunma tarixi Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı". 8 buraxılışdan sonra Henk Pim özünə Qarışqa-adam adını götürmüşdür. "Heyranedici hekayələr"in 35-ci sayında (yanvar, 1962) 13 səhifəlik və 3 hissəli ("Qarışqa...

Stan lee

Resim
Salam hörmətli oxucular.Bu gün biz məşhur  SPİDER-MAN İN  yaradıcısı Stan lee haqqında söz açacağıq.O 95 yaşının olmağına baxmayaraq  Marvel Comics in redaksiya heyətinin üzvü, baş redaktoru, naşiri və sədridir. Stan Leenin imzası Erkən həyatı Stenli Martin Liber 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində, Manhettendə West 98th Street və West End Avenue'da Rumın əsilli yəhudi immiqrant valideynlər Selia və Cek Liberin mənzilində dünyaya göz açıb. Karyera Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, o, Hörümçək-adam, Halk, Doktor Qəribə, Fantastik dördlük, Dəlisov, Qara Bəbir, İks-adamlar və həmkarı Lerri Liber ilə birlikdə Qarışqa-adam, Dəmir-adam və Tor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan “The Comics Code Authority”-yə meydan oxuyaraq, dolayı yol ilə, onun siyasətinin yenilənməsinə nail olub. Marvel Comics'in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə ç...
Resim
Qara dul (ing. Black Widow; rus. Чёрная вдова) və ya əsl adı ilə Natalya Alianovna Romanova[1] — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. 1964-cü ildə Sten Li, Don Hek və Don Riko tərəfindən yaradılmışdır. Nəşr olunması Qara dul ilk dəfə 1964-cü ilin aprelində "Bəlirsizlik hekayələri" komiksinin 52-ci buraxılışında görünür. Bu buraxılışda Dəmir adamla birlikdə, kostyumsuz və super gücsüz göstərilir. Bir neçə aydan sonra Qara dul Şahingözlə partner olur. Hər iki personajın uğur qazandığını görən rəssamlar Qara dula tezliklə xüsusi kostyum və texnoloji silahlar əlavə edirlər. Bu müddət ərzində SSRİ hökümətinin cəsusu kimi göstərilir. Amma daha sonra ABŞ-a köçürülür, Qisasçıların üzvü olur. 1970-ci illərdə Qara dulun kostyumu yenilənir və öz adında olan komiksi nəşr olunmağa başlanır. Amma bu komiks ancaq 8 ay dayanır, daha sonra "Daredevil" komiksində Daredevilin yeni partneri kimi peyda olur. Bioqrafiya               ...

SUPERMAN

Resim
Salam Aleykum.Bu gün mən oxuculara DC COMİCS-in ən yaxşı super qəhrəmanı olan supermendən bəhs edəcəm: Supermen (ing. Superman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəmandır. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri Siql və Co Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və video oyunlarda istifadə edilmişdir. Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur. Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı” və “Kriptonun son övladı” epitetləri ilə tanınır. Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə d...

BLACK CAT

Resim
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə video oyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur. "Heyranedici Hörümçək-adam 2" filmində Felisiti Cons Felisiya Hardini canlandırmışdır.[3] 22 mart 2017-ci ildə So...

DOCTOR OCTOPUS

Resim
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və video oyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir.[1] 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur. IGN personajı Hörümçək-adamın ən böyük düşməni adlandırmışdır.[2] Supercinayətkar olsa da, əsasən mərd...