QARA PANTERA
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir.
Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
Qara pantera bir çox film, televiziya verilişi və video oyunda peyda olmuşdur. Personaj Marvel Kinematoqrafiya Kainatında "Birinci qisasçı: Qarşıdurma", "Qara pantera" və "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində yer almış və Çedvik Bouzman tərəfindən canlandırılmışdır. 2011-ci ildə Qara pantera IGN-ın "Ən yaxşı 100 komiks qəhrəmanı" siyahısında 51-ci yerdə göstərilmişdir.
Bu arada məni bağışlayın,neçə vaxtdı mən sizi məlumatlandırmıram.Qəbul imtahanına hazırlaşıram.

Yorumlar
Yorum Gönder