VENOM
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur.NƏZƏRİYYƏ VƏ YARADILMASI
Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir.[1] Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir.[2]
Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.”[3][4] IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.[5] IGN Mak Qarqanın Venom çevrilməsini, "The Top 50 Avengers" siyahısında on yeddinci[6], Fleş Tompsonun çevrilməsini iyirmi yeddinci[7] yerdə qərarlaşdırmışdır. “Empire” jurnalının “50 ən böyük komiks personajı” siyahısında personaj otuz üçüncü yerdə qərarlaşmışdır.
Hörümçək-adamın yeni kostyumunun yaradılması haqqınd orijinal ideya Marvel Comicsə Norric, İllinoisdə yaşayan oxucu Rendi Şuller tərəfindən təklif edilmişdi. 1982-ci ildə həmin vaxr Marvelin baş redaktoru olan Cim Şuter Şullerə məktub göndərərək, Marvelin ideya ilə maraqlandığını bildirmmiş və yekunda həmin ideya nəşriyyat tərəfindən 220 ABŞ dollarına alınmışdır.
Şuter Hörümçək-adama ağ-qara kostum geyindirilməsi ideyasını Mayk Zek tərəfindən dizayn edilmiş yeni Hörümçək-qız kostyumunu görərkən düşünmüşdür. Yazıçı/rəssam Con Birn öz saytında qeyd edir ki, öz-özünə sağalan bioloji materialdan hazırlanmış kostyum ideyası onun ağlına hələ Dəmir yumruq seriyası üzərində işləyərkən gəlmiş və bununla hər seriyada personajın geyiminin cırıldıqdan sonra, növbəti seriyada necə yenilənməsini izah etmək istəmiş, lakin, sonradan bu fikirdən istifadə etməmişdi. Sonradan Rocer Stern ona müraciət edərək həmin ideyanı Hörümçək-adam kostyumu üçün istifadə etməyə icazə almışdır. Stern də öz növbəsində mövzu haqqında fikirləşdə də, ayrıca başlıq etmək ideyasını inkişaf etdirməmişdir. Mişelinin seriyasından əvvəl yazıçı Tom DeFalko və rəssam Ron Frenz tərəfindən çıxarılan “Amazing Spider-Man” seriyasında ilk dəfə kostyumun yad planetli varlıq olduğu və yüksək səsə qarşı dözümsüzlüyü göstərilmişdir.
Simbiot ilk dəfə Hörümçək-adamıın yeni qara kostyumu kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində "Homecoming!" hekayə xəttinin tərkibində təqdim edilmişdir. Hekayədə hadisələr Hörümçək-adamın ilk dəfə qara kostyum geyindiyi “Gizli müharibələr” (ing. Secret Wars) mini seriyasından sonra baş verir. Venomun ilk tam görünməsi Simbiotun Eddi Brokun bədəninə keçməsindən sonra “The Amazing Spider-Man #300” (may, 1988) komiksində baş vermişdir.
DAŞIYICILARI
PİTER PARKER
Hörümçək-adamın yeni qara kostyum alması hekayəsi Marvel Super Heroes Secret Wars #8 (dekabr, 1984) davamlılığında təsvir edilmiş, burada yazıçı Cim Şuter və rəssam Mayk Zek Marvel Kainatı qəhrəmanlarının Digər dünyalı tərəfindən Betlvorld adlı planetə çağırılması təsvir olunmuşdu. Canilərlə döyüşdə Hörümçək-adamın kostyumu məhv olduqdan sonra, Tor və Halk onu superqəhrəmanların bazasına göndərirlər; bazada məlumat verilir ki, maşın onun fikrini oxuyaraq istənilən kostyumu hazırlaya bilər. Maşın seçim etdikdən sonra qəribə qara maddə onun bədənini örtərək ağ-qara kostyuma çevrilir. Parkerin təəccübünə səbəb olan əsas xüsusiyyətlərdən biri adi küçə geyiminə çevrildiyi halda belə kostyumun güclü müdafiə təmin edə bilməsi idi. [13][14]
“The Amazing Spider-Man” davamlılığı zamanı yazıçı Tom DeFalko və rəssam Ron Frenz kostyumun hissiyyatlı yad planetli olması, onun oda və yüksəs səs enerjisinə qarşı dözümsüzlüyünü qeyd edirlər. Məhz həmin hekayə xəttində gecə yatdığı vaxt kostyum Piter Parkeri bürüyərək cinayətkarlara qarşı mübarizəyə çıxarır, səhər yuxudan oyandıqda isə Parker təəccüb içində qalaraq nə baş verdiyini anlamırdı. Parkerin kostyumu Rid Riçards (Mister Fantastik) tərəfindən sınaqdan keçirildikdən sonra onun canlı olması anlaşılmış, Parker kostyumun hər gün daha çox onun bədəninə bağlanmasını anladıqda ondan tamamilə imtina etmişdi, bundan sonra kostyum Fantastik Dördlük tərəfindən götürülmüşdü. Lakin, Simbiot qaçaraq Parkerə hücum etmiş, öz növbəsində Parker isə kafedral zənglərini istifadə edərək onu özündən uzaqlaşdırmağa müvəffəq olmuşdur.
EDDİ BROCK
1985-ci ildə Piter Devidin “The Spectacular Spider-Man” hekayə xəttinə daxil olan "Sin Eater" hadisələrini əsas alaraq Eddi Brokun mənşə hekayəsi kimi istifadə edən Devid Mişelin yeni hekayə yazmışdır.[11] Venomun varlığı ilk dəfə “Web of Spider-Man #18” (sentyabr, 1986) komiksində təsdirlənmiş, burada o, Piter Parkeri qatarın altına itələsə də, onun hörümçək həssaslığı kömək etməmiş, buna baxmayaraq Venomun yalnız əli görünmüşdür. Növbəti dəfə Venom “Web of Spider-Man #24” (mart, 1987) komiksində görünmüş, burada Parker Hörümçək-adama çevrilmək üçün hündürmərtəbəli binadan atılsa da, arxadan uzanan qara əl onu tutaraq dartır, lakin hörümçək hissiyyatı yenidən xəbərdarlıq etmir. “The Amazing Spider-Man#299” (aprel, 1988) komiksinin son səhifəsində kameo kimi görünən Venom Parkerin həyat yoldaşı Meri Ceyn Uatsona hücum edir və bundan sonra, “The Amazing Spider-Man #300” komiksində (may, 1988) Venom ilk dəfə tam həcmli görünüş edir.[19]
Növbəti nəşrdə Hörümçək-adam onunla qarşılaşır, bu zaman Brok “Sin-Eater işi” üzərində çalışdığı zaman onun “Daily Globe” qəzetində jurnalist olmasını, “Sin-Eater” elan edilmiş insan Brokun kompulsiv etirafçı olmasının müəyyən edilməsindən sonra isə onun karyerası dağılmışdır. Hörümçək-adamı öz uğursuzluqlarında günahlandıran Brok, ondan tabloidlər üçün hekayə almağa çalışır. Stressi azaltmaq üçün o, bodibildinqlə məşğul olur. Lakin, bu fayda vermir və Brok, suisidal-depressiya vəziyyətinə düşür. Brok, Hörümçək-adamın Simbiotdan ayrıldığı kafedralda sakitlik axtararkən, Simbiot onun nifrətini hiss edir. Nəşr etdiyi sensasiyalı materiallardan sonra Brok Venom adını götürür.[20][21]
İllər ərzində Simbiot daha çox intellekt və əlavə daşıyıcı insanlar əldə etdikdən sonra, Venom adı məhz Simbiotun özünə və daşıyıcılara aid edilmişdir. Venom kimi Brok dəfələrlə Hörümçək-adamla döyüşmüş və bir neçə vəziyyətdə qələbə qazanmışdır. Venom həm daşıyıcı ilə, həm də onsuz dəfələrlə Piter Parkeri/Hörümçək-adamı öldürməyə çalışır. Parker özünü qara kostyum kimi təqdim edən Simbiotu tərk etdikdən sonra, Venom Parkerin həyat yoldaşı Meri Ceynlə üz-üzə gəlir. [22]
Hörümçək-adam və onun ailəsini cəzalandırmaq istəyən Venom, supercanilərin saxlandığı “Sərdabə” (ing. The Vault) adlı həbsxanadan qaçır.[23][24] Stiks virusuna yoluxan Simbiot bundan sonra komatoza çevrilir, Eddi Brok isə Rikher adasındakı həbsxanaya salınır.[25] Sağaldıqdan sonra Broku azad etmək üçün həbsxanaya gələn Simbiot, burada çoxalaraq Brokun həbsxana yoldaşı olan seriya qatili Seltus Kasadini yoluxdurur və nəticədə o, Karnaja çevrilir.[26] Bundan sonra Hörümçək-adam və Venom qumlu adada döyüşürlər, öz ölümünü saxtalaşdıran Hörümçək-adam Venomu orda qoyaraq gedir.[27] Lakin, qısa müddət sonra Karnajı dayandırmaq üçün Parker Venomu yenidən Nyu-Yorka gətirməli olur.[28] Venom yenidən çoxalır və daha beş Simbiot əmələ gətirir ki, onların da hər biri özünə daşıyıcı insan tapır.[29]
Hörümçək-adamdan qisas almaqla yanaşı, Simbiot Eddi Broka həm də vigilant kimi fəaliyyət göstərməyə kömək edir. O, Simbiotla birlikdə həm də günahsız insanları xilas etməklə məşğul olur ki, bu da nifrət etdiyi Hörümçək-adamla eyni işi görməsi anlamına gəlir. Bu özünü daha çox Karnajla qarşıdurmada büruzə verir. Hörümçək-adamın Venoma Brokun keçmiş həyat yoldaşı Enn Veyinqi xilas etməyə kömək etməsindən sonra, onlar arasında sülh yaransa da, Veyinqin sui-qəsdindən sinra sülhə son qoyulur.[30][31]
Müvəqqəti olaraq Simbiotu oğurlayan ABŞ Senatoru Stüard Uard, özünün yoluxduğu yad planetli virusu öyrənmək üçün Simbiotu yaxından tədqiq etmək istəsə də, Simbiot Broka geri qayıdır.[32] Lakin, bundan sonra Simbiot daşıyıcısı olan Brok üzərində dominantlıq edir.[33] Nəhayət ki, Simbiot xəstə olan Brokdan, Brok isə hər gün qana daha çox hərislik hiss edən Venomdan bezir və qarşılıqlı razılaşma ilə Brok Venomu canilərin hərracında satışa çıxarır.
Venoma çevrilmiş varlıq Simbiotlar növündən olmaqla, yaşamaq üçün daşıyıcıya ehtiyac hiss edir. Adrenalinlə qidalanan parazit daşıyıcısına fövqəltəbii güc və bacarıqlar bəxş edir. 1995-ci ildə çıxarılmış “Planet of the Symbiotes” hekayə xəttindən məlum olur ki, daşıyıcısını istifadə etmək əvəzinə ona kömək etmək istəyən Venom, öz növü tərəfindən dəli kimi qəbul edilmişdir. Növün genofondunu korlamamaq üçün, o, Betlvorlddə həbs edilmişdi.
Venom komiks seriyasının üçüncü cildində Simbiot, yeni daşıyıcısı olan Li Praysla tanış olur. Seriya cəmi altı nüsxəyə kimi davam edir (noyabr 2016 – aprel 2017). Seriyanın sonunda Venom üzərində idarəni yenidən əlinə alan Eddi Brok #150 nömrə ilə Venom komiksini I cildə qaytarmışdır.
Mak Qarqan
![]() |
Mak Qarqan Simbiotun üçüncü taşıyıcısı və ikinci Venom olmuşdur. Şimşək zərbələri II cilt # 110 komiksinə rəssam Leinil Yu tərəfindən çəkilmiş təsvir. |
Qarqan daha sonra Yeni Qisasçıların qaçmış üzvlərinin izlənməsi üçün Qisasçılar tərəfindən yaradılmış [38]“Şimşək zərbələri” qrupuna daxil olmuşdur.[39] Sonradan məlum olur ki, Simbiotu nəzarət altında saxlamaq üçün dövlət tərəfindən onun bədəninə elektrik implantları yerləşdirilmişdir.[40]
Venomun daşıyıcısı olduqdan sonra Qarqan şəxsi keyfiyyətlərinin bir çoxunu itirərək tamamilə Simbiotun nəzarəti altına düşür və onun təhriki ilə hannibalizmlə məşğul olmağa başlayır. Simbiot bədənə təsir etmədikdə isə ürəkbulanması və orqanizm qarşısında qorxu hissi gətirirdi.[41] Anti-Venomla (Eddi Brok) döyüş zamanı Qarqan və Simbiot demək olar ki, bir-birindən ayrılmış və Venom Simbiotu az qala məhv edilmişdi. Lakin, Simbiotun genləri Qarqanın qanında yaşamağa davam edir və buna görə də, Osborn ona vaksinlər vuraraq qalmış hissələrin inkişafına və yenidən əmələ gəlməsinə səbəb olur. Simbiotun tamamilə sağalmasına kimi Qarqan Xərçəngin zirehli geyimindən istifadə edir və buna görə də Hörümçək-adam onu “Ven-orpion” adlandırır. Lakin, Simbiot tam bərpa olunduqdan sonra Xərçəngin zirehini parçalayaraq çölə çıxır.
Norman Osborn tərəfindən verilmiş kimyəvi maddənin qəbul edilməsindən sonra Venom daha çox insani forma alaraq, qara geyimli Hörümçək-adam kimi görünür. Qara Qisasçılar dəstəsinin yaradılması zamanı o, “Möhtəşəm Hörümçək-adam” kimi dəstəyə daxil olur.[42] Asqardın mühasirəsindən sonra, Qarqan da daxil olmaqla Qara Qisasçıların əksər üzvləri nəzarət altına götürülür. Raft həbsxanasında saxlandığı müddətdə Venom Simbiotu güclə Mak Qarqandan ayrılır.
Fləş Tompson

Li Prays
Fleş Tompsondan ayrıldıqdan sonra Venom Simbiotu qara bazarda satışa çıxarılaraq, Qara Pişik və Tombston cani dəstələri arasındakı hərracda satılır. Bundan sonra, Venom, Qara Pişik dəstəsində Xərçəng olan, keçmiş hərbiçi Li Praysı daşıyıcı seçir. Zəifləmiş Simbiot, Praysın da Tompson kimi qəhrəman olmasına çalışır. Lakin, Simbiotun istəyini rədd edən Prays, onun güc və bacarıqlarını istifadə edərək daha ciddi cani Venom yaratmışdır. [51]
Li Prays Qara Pişiyin himayəsinə keçsə də, burada Xərçəng onu günahlandıraraq atışmaya səbəb olur. Venomun Qara Pişiyə hücum etməsindən sonra, Li Prays onların sığınacağını tərk edir, çünki, Xərçəng yavaş-yavaş Lidən şübhələnməyə başlayır. MKİ agentləri onun ayrılmasını müşahidə edirlər. Qısa müddət sonra Li Prays Tombston dəstəsindən Atəşböcəyinin hücumuna məruz qalır. Atəş böcəyini məğlub edən Liyə yaxınlaşan MKİ-nin bazukalı agenti onun həbs olunduğunu deyir.[52]
Eddi Brok və Li Prays tərəfindən həbs edilən Li Prays Simbiotu itirir və NYPD tərəfindən həbs olunur.[34]
Supergüclü insanların saxlanması üçün supermühafizəli Nyu-York həbsxanasında saxlandığı müddətdə ordakı canilərdən ehtiyyat edən Prays, yeməkxanada baş verən döyüşdə caniərdən üçünü məğlub da edə bilir. Li, çıxdıqdan sonra yenidən Venom Simbiotu ilə birləşərək onu incidənlərdən qisas almağı planlaşdırır.[53] Bir müddət sonra, Lini ziyarət edən vəkili onunla döyüşmüş canilərdən ikisinin ölü tapıldığı və xəbərlərdə yenidən Venomun qayıtmasından danışıldığını deyir.[54] Məhkəmə prosesində Praysın vəkili onun Venom kimi törətdiyi işlərin hamısına görə Venom Simbiotunun cavabdeh olduğunu və Simbiotun hələ də azadlıqda olmasını qeyd edir. Bundan sonra hakim Lini azadlığa buraxır. Azad edilən Li isə, Venomla yenidən birləşərək düşmənlərindən qisas almağa davam edir.
Enn Veying

Patrisiya Robertson

Robertson, sonradan Rid Riçards tərəfindən təsadüfən Yer kürəsinə gətirilmiş və Bob kimi kiçik robotvari kosmik varlıq olan Syutun simasında özünə tərəfdaş tapır.[58] Robertson özündə olmadığı müddətdə Syut onu inkişaf etdirir ki, klonla qarşılaşacağı təqdirdə müqavimət göstərməyə qadir olsun. Syut Şimal porsuğunu sabotaj edir, klonlar sahibinə üstünlük verərək onu Robertsonla əlaqə saxlamağa məcbur edirlər. Bobin agentlərindən biri Robertsonu inandırır ki, insanlığın xilas edilməsi üçün əsl Venom öldürülməlidir, buna görə də onu, həbsə salınmış Venomu azad etməyə məcbur edir. O və Venom dalaşırlar, lakin, Venom qaça bilir. Bob, Robertsona klonu idarə etməyə imkan verən texnologiyanı deaktivləşdirir. Venom və Robertsonun növbəti qarşılaşmasında birinci klonu udur.[59] Bundan sonra, Venom Ararat Korporasiyası tərəfindən klon qarşısında qoyulmuş məqsədi həyata keçirməyə başlayır. Lakin, seriya davam etdirilməmiş və 2012-ci ildən bəri süjet tamamlanmamış qalmışdır. Sonradan Venom Simbiotu klonu öz bədənindən ayırmış və bu ona, Andrea “Endi” Benton adlı yeniyetmə ilə birləşməyə imkan vermişdir. Maniya adını götürən Benton bir müddət Agent Venomin partnyoru olmuşdur.

Ancelo Fortunato ilk dəfə “Marvel Knights Spider-Man #7” komiksində təqdim edilmiş və sonrakı nəşrdə öldürülmşüdür. Ancelo, Koza nostranın məşhur üzvlərindən biri Don Fortunatonun oğludur. Zəif bədən quruluşu və utancaq xasiyyətinə görə Ancelo, tez-tez atasının izdivac mənbəyinə çevrilir. Don, hərracda iştirak edərək Venom Simbiotunu Brokdan $100 milyona alır. Brok Anceloya Simbiotla bağlı xəbərdarlıq etsə də, ikinci itiriləsi bir şeyinin olmadığını deyir.[61] Simbiotla birləşdirkdən sonra, Hörümçək-adamn kimliyini öyrənən Ancelo onu öldürməyə çalışır. Hörümçək-adam sonda ona qalib gəlir və Ancelo binaların arasından atılarkən Simbiot onu tərk edir və aşağı düşərək ölməsinə səbəb olur. Hörümçək adam onu xilas etməyə çalışsa da, buna müvəffəq olmur.
Dedpul
“Deadpool's Secret Secret Wars #3” komiksində bəlli olur ki, Dedpul Simbiot kostyumu Hörümçək-adamın orijinal “Secret Wars” hadisələrindən daha əvvəl geyinmişdir və Simbiotun aqressiv xarekteri onun Dedpulla əlaqədə olduğu müddətdə dəli olması ilə əlaqələndirilir.
2016-cı ildə çıxarılmış “Deadpool: Back in Black” adlı mini-serialda göstərilir ki, qısa müddət sonra, “Web of Spider-Man #1” hadisələrində Hörümçək-adamdan ayrıldıqdan sonra, Simbiot qısa müddət ərzində yenidən Dedpula qayıtmışdı.
Güc və bacarıqları
aşamaq üçün canlı daşıyıcıya ehtiyacı olmasına baxmayaraq, Venom Simbiotu daşıyıcının kimliyindən asılı olmayaraq özünü müdafiə eləməyə qadirdir. Simbiot bacarıq və imkanlarını inkişaf etdirməyə, tikanlar yaratmağa və onları böyütməyə qadirdir. Simbiot daşıyıcısı olan humanoidlərin formasını ala bilir. Orqanizm həm də gizlənmək üçün rəngini dəyişə və ya tamamilə şəffaf ola bilir. Yaratdığı xüsusi boş hissə sayəsində daşıyıcısına əlavə çantaya ehtiyac olmadan kiçik əşyaları özü ilə götürməyə imkan verir. Həm də telepatik bacarığa malik olan Simbiot, bu bacarığını daha çox daşıyıcısı ilə ünsiyyəti zamanı istifadə edir.
Hörümçək-adamla ilkin əlaqəsinə görə, Simbiot sonrakı bütün daşıyıcılarına qəhrəmanın güc və bacarıqlarını, həmçinin hörümçək hissi tərəfindən aşkarlanmamaq bacarığı verir. Hörümçək-adamın döyüş bacarığı qismən hörümçək hissindən asılı olduğuna görə, Eddi Brokla döyüş zamanı o, çətinlik yaradır. Hörümçək-adamla birləşdiyi dövrü xatırlayan Venom, onun kimi hörümçək toru yaratmağa da qadirdir.
Simbiot, daşıyıcısı olan şəxsin fiziki gücünü dəfələrlə artırır. Daşıyıcı daha iri cüssəli və əzələli olur. Simbiot qeyri-insani iti dişlərə malikdir və adətən ağzından iri dili sallanır. Venom, fiziki olaraq Hörümçək-adamdan[63] daha böyük təsvir olunur və o, daha kobud gücə malikdir.
Venom digərlərinin bəzi superinsan güclərinə qarşı immunitetı malikdir, məsələn Kabus sürücünün qəddarlığı hiss etmə və Hörümçək-adamın hörümçək hissiyyatı Venoma qarşı keçərli deyildir. Venom bəzi hallarda həm də özünü kopyalaya bilir. Məsələn, 2005-2006-cı illərdə çıxarılmış “Spider-Man: Reign” mini-seriyasında tənhalıqla mübarizə aparmaq üçün, Venom öz kopyasını yaradır.[20]
Venom Simbiotu alova və səs dalğalarına qarşı dözümsüzdür. O, Karnaj istisna olmaqla bütün digər Simbiotları izləyə bilir. Karnaj Seltus Kasadi ilə birləşdikdən sonra Venomun bu bacarığının qarşısını alma bilmişdi.
"Venom" filmi
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüsserliyi ilə çəkilmiş film, Sony Picturesin distribyutorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir.[Qeyd 1] Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Uilyams canlandırmışlar.
Yorumlar
Yorum Gönder