İRON-MAN

Dəmir adam (ing. Iron Man) — Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Marvel Comicsin ən sevilən super qəhrəmanlarından biridir. Ən çox Qisasçılar komandası ilə tanınır. Özü kimliyini açıqlamaqdan çəkinmir.
Dəmir adam komiksçi Sten Li, ssenariçi Lari Liber, rəssam Don Hek və dizayner Cek Kyorbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Bəlirsizlik hekayələri"nin 39-cu sayında çıxmışdır.[2] 1963-cü ildə Sten Li qərara gəlmişdi ki, ilk dəfə bir biznesmeni super qəhrəmana çevirsin.[3] Dövrün oxuyucularının zövqünə və zamanın ruhuna baxmayarq o, kapitalist bir personaj yaratmaq istəyirdi.[4] Li deyirdi:

             " …Mən düşündüm ki, mən özümə cəsarət verdim. Soyuq müharibənin qızğın çağı idi. Oxuyucuların, gənc oxuyucuların ən nifrət etdiyi şey var idisə, bu da müharibə, hərb idi... Beləliklə mən bir super qəhrəman düzəltdim. Onun silah fabriki vardı, o ordunu silahla təchiz edirdi, o varlı idi, o kapitalist idi... Mən düşünürdüm ki, heç kimin sevmədiyi, heç kimin xoşlamadığı qəhrəmanı sevdirmək maraqlı olardı... Və o çox populyar oldu. "
O, personajını gözəl qadınların adamı, zəngin bir şəxs kimi yaratmışdır.[5] Yazıçı Qerri Konvay deyir: "O xaricdən sağlam, toxunulmaz, amma daxildən yaralı personaj idi". Sten Li personajı yaradarkən Hovard Haysdan[6] ilham almışdır: "Hovard Hays bizim dövrün canlı insanı idi. O, ixtiraçı, macərapərəst, varlı, qadınlara düşkün və ən nəhayət, dəli idi. Dəlilik olmadan o Hovard Hays idi"[7]

Başlanğıcda Toni Stark anti-kommunist personaj idi, vyetnamlı casusları məğlub edirdi.[8] Li buna görə peşman olmuşdur. Bütün komiks seriyalarında Dəmir adam üçün texnoloji inkişaf və milli müdafiə mövzusu dəyişməz qalmışdır, lakin növbəti seriiyalarda Toni Stark müdafiəsiz və kompleks personaj kimi təsvir olunmuş, alkoqol da daxil olmaqla müxtəlif çətinliklərlə üz-üzə gəldiyindən bəhs olunmuşdur.

Li və Cek Kyorbi "Qisasçılar" #1 komiksindən başlayaraq Dəmir adamı Qisasçılar komandasına qatmış və onu Qisasçıların qurucu üzvlərindən biri olaraq göstərmişdir.
Həyatı
Antoni Toni Stark Mariya və Hovard Starkın oğlu kimi anadan olmuşdur. Bu dahi oğlan 15 yaşında ikən Massaçusets Texnologiya İnstitutuna daxil olmuş, burada mühəndislik oxumuş, master dərəcəsi almışdır. Valideynlərinin avtomobil qəzasında ölməsindən sonra şirkətin başına o keçmişdir. Onun şirkəti silah istehsal etməkdə idi.

Bir dəfə Toni Stark asiyalı lider Vonq Çu tərəfindən əsir alınmışdır. Vonq Çu ondan silah düzəltməsini istəmişdir. Lakin Toni Stark ağır yaralanmış və bədəninə daxil olan şrapnellər sürətlə ürəyinə tərəf hərəkət edirmiş. Bu zaman onunla birlikdə əsir olan Ho Yinsen adlı Nobel mükafatı qazanmış fizik şrapnellərin bədəninə daxil olmasının qarşısını almaq üçün maqnit mexanizm hazırlayaraq bədəninə daxil etmişdir. Bu Toni Starkı həyatda tutmuşdur. Əsirlikdən qaçmaq üçün Toni Stark və Ho Yinsen birlikdə gizlicə bir zireh üzərində çalışmağa başlamışdırlar. Amma qaçış zamanı Starkın kostyumu geyməsi üçün Yinsen teroristlərin fikirini yayındırmaqdan ötürü həyatını fəda etmişdir. O, onu qaçıranlarla hesablaşmış və ABŞ pilot komandiri Ceyms Rodsun köməyi ilə xilas olmuşdur.


Evə çatanda məlum olmuşdur ki, bu reaktor onun yaşaması üçün kifayət deyildir, buna görə də onu gücləndirmişdir. O, hər gün reaktoru dəyişməyə məcbur olmuşdur, əks halda şrapnellər onu öldürə bilərdi. Sonra Toni öz şirkəti üçün təhdit olacaq Qara dul, Krimson Dinamo, Mandarin, Titanium adam kimi anti-qəhrəmanlara qarşı vuruşmuşdur. Beləliklə, Toni Stark Dəmir adama çevrilmişdir. Bu zaman ona iki xidmətçisi — sürücüsü Harold "Happi" Hoqan və katibəsi Virciniya "Pepper" Potts kömək edirdilər və Toni Stark hər ikisinə gizli kimliyini açıqlamışdır. Bu arada, Ceyms Rods Toni Starkın şəxsi pilotu olmuşdur.


Daha sonra Toni Stark stilt texnologiyası və kosmik səyahətlər üçün öz zirehini gücləndirmiş, ixtisaslaşdırmış və silahlarını gücləndirmişdir. "Şeytan butulkada" adlı seriyada Toni Starkın alkaqoldan asılığı güclənmişdir. Stark daha sonra öyrənmişdir ki, milli təhlükəsizlik qurumu SHIELD Toninin onları silahla təmin etmələrini istəyir. Bunu da müəyyən etmişdir ki, bəzi anti-qəhrəmanlar Starkın texnologiyasından istifadə edərək silahlarını gücləndirməkdədir. Bu düşmənlərdən biri də rəqib şirkətdən olan Castin Hammer idi və onlar bir çox dəfə üz-üzə gəlmişdirlər.
Filmdə
Dəmir adam haqqında ilk film 2008-ci ildə Marvel Studios tərəfindən Con Fevreunun rejissorluğu ilə çəkilmişdir.[9] Burada Toni Stark rolunu Robert Dauni canlandırmışdır. O, 2008-ci ildə çəkilən "İnanılmaz Halk" filminin sonunda Toni Starkı oynamışdır. Daha sonra Dəmir adamın iştirakı ilə "Dəmir adam 2" (2010), "Qisasçılar" (2012), "Dəmir adam 3" (2013) və "Qisasçılar: Altron Dövrü" (2015) filmləri çəkilmiş və bütün filmlərdə Toni Stark rolunu Robert Dauni oynamışdır. Onun "Birinci qisasçı: Qarşıdurma" (2016) və "Qisasçılar: Sonsuzluq müharibəsi" (2018 və 2019) filmlərində də bu rolu ifa edəcəyi gözlənilir.
Gücləri

  • Güclü intellekt və Alim
  • Mühəndis bacarığı
  • Zirehli Geyim
  • Üstün güc və dayanıqlıq
  • Supersonik uçuş
  • Enerji repulsor və raket proyeksiyası
  • Rejenerativ həyat dəstəyi
  • Yorumlar

    Bu blogdaki popüler yayınlar

    IRON FIST(DEMIR YUMRUK)

    Daredevil